Bazar
Dek 01

Rusiya İrana "Su-35" qırıcılarını təhvil verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İranın Hərbi Hava Qüvvələri özəl mərasimlə iki "Sukhoi" ("Su-35") qırıcısını qəbul edib.

King.Az xəbər verir ki, bu barədə Almaniyanın "Flog Review" jurnalı məlumat yayıb.

Məlumata görə, döyüş təyyarələrinin hissələri ayrılaraq, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehranın Mehrabad hava limanına aparılıb və oradan Həmədan şəhəri yaxınlığındakı bazaya daşınıb.

Iran International yazır ki, Tehran İsfahandakı "F-14" təyyarələrini əvəz etmək üçün yalnız "Sukhoi"dan istifadə etmək niyyətindədir. İranın "Su-35" sifarişi artıq 25-dən 50-yə yüksəlib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.