Fransanın dənizaşırı ərazisi Yeni Kaledoniya sahillərində ailəsi ilə istirahətdə olan və külək sörfinqi ilə məşğul olan 55 yaşlı həkim köpəkbalığının hücumuna məruz qalaraq həyatını itirib.
King.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Hadisə bir neçə dəqiqə ərzində mərhumun yaxınlarının gözü qarşısında baş verib. Sahildən onun dalğalar arasında çırpındığını görsələr də, kömək etmək mümkün olmayıb. Kişinin cəsədi hadisə yerinə yaxın laqunda yaxtmenlər tərəfindən tapılıb. Həkimə göstərilən reanimasiya cəhdləri nəticəsiz qalıb.
Sağ qol, ayaq və sol baldır nahiyəsindəki ağır xəsarətlər hücumun köpəkbalığı tərəfindən törədildiyini təsdiqləyib.
