Bazar
Apr 05

Erməni terrorunun məşhur ideoloqlarından biri olan Zori Balayan öldü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.

King.Az xəbər verir ki, bu barədə onun oğlu Ayk Balayan məlumat verib.

Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri ilə ermənilər arasında məşhurlaşıb.

Kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O həmçinin kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun da sifarişçisi olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.