Çərşənbə axşamı
Mar 24

KİV: Selin Dion uzun müddətdən sonra konsert verəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Kanadalı müğənni Selin Dion sentyabr ayında Parisdə konsertlər verməyi planlaşdırır.

King.Az bu barədə "La Presse" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, sənətçi səhnəyə qayltmağa hazırlaşır. Konsertlərin 40 min tamaşaçı tutumuna malik "La Defense" arenasında keçiriləcəyi qeyd olunur. Lakin müğənninin komandası hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

Buna baxmayaraq, nəşr S.Dionun sentyabr və oktyabr ayları ərzində həftədə iki dəfə konsert verəcəyini iddia edir.

Qeyd edək ki, S.Dion sonuncu dəfə 2020-ci ilin mart ayında səhnəyə çıxıb. Daha sonra pandemiya səbəbindən dünya turnesini ləğv etmək məcburiyyətində qalıb. Tur müğənninin səhhətində yaranan problemlər səbəbi ilə baş tutmayıb.

Onun xəstəliyi - sərt insan sindromu - 2022-ci ilin sonunda ictimaiyyətə açıqlanıb. Müğənni bildirib ki, bu xəstəlik səbəbindən spazmlar yaşayır, yeriməkdə çətinlik çəkir və əvvəlki kimi oxumaqda problemlərlə üzləşir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.