Cümə
May 15

Tramp: "Hollivudda heç kim kinoda Si Cinpini canlandıra bilməz"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Hollivudda Çin sədri Si Cinpini canlandırmaq üçün uyğun namizəd tapa bilməzdilər".

King.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.

"Əgər Hollivuda getsəydiniz və Çin lideri roluna kimisə axtarsaydınız, bu, mərkəzi kastinq olardı. Siz onun kimi bir oğlan tapa bilməzdiniz", - deyə Tramp bildirib.

O qeyd edib ki, hər şeydən əvvəl Si Cinpin müstəsna fiziki xüsusiyyətlərə malikdir.

"O, uzunboyludur, çox uzunboyludur, xüsusən də bu ölkə üçün, çünki burada insanlar, bir qayda olaraq, biraz qısaboyludurlar", - deyə Tramp əlavə edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.