Cümə axşamı
Apr 02

"SpaceX" tarix yazmağa hazırlaşır - Milyardlıq əməliyyat

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Milyarder İlon Maskın "SpaceX" şirkəti ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) gizli qaydada ilkin ictimai təklifi (IPO) nəzərdə tutan sənədləri təqdim edib.

King.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata görə, şirkət ümumi kapitallaşması 1.75 trilyon dollar qiymətləndirilməklə 75 milyard dollar cəlb etməyi planlaşdırır.

Beləliklə, səhmlərin yerləşdirilməsi 2019-cu ildə neft şirkəti "Saudi Aramco"nun IPO-su zamanı cəlb edilmiş 29 milyard dollarlıq mövcud rekorddan xeyli böyük olmaqla, tarixin ən iri əməliyyatı ola bilər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.