Şənbə
İyl 19

Şair Soltan Abbas vəfat edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

92 yaşlı tanınmış şair Soltan İsrafil oğlu Abbasov vəfat edib.

King.Az xəbər verir ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, O, 1951- 1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.

1957-1960-cı illərdə Neftçala rayon Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Neftçala rayon Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifələrində çalışıb.

Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar- ömür yolum", "Həqiqətin ağzı daş saxlamaz", "Rübailər", "Qəzəllər" və digər əsərlərin müəllifidir.

Şair Soltan Abbas 1980-ci ildə "Azərbaycan SSR Xalq Maarifi əlaçısı" nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə "Məmməd Araz" ali ədəbi mükafatına layiq görülüb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.