Çərşənbə axşamı
Mar 24

ABŞ-də neft emalı zavodunda partlayış baş verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin Texas ştatının Port-Artur şəhərindəki "Valero Energy" neft emalı zavodunda partlayış baş verib.

King.Az xəbər verir ki, bu barədə KFDM telekanalı məlumat yayıb.

Partlayışın ehtimal edilən səbəbi qızdırıcının işindəki nasazlıq olub.

Hadisə yerində çəkilən kadrlardan zavodun üzərində sıx tünd tüstü görünür.

Zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Yaxınlıqdakı sakinlərə sığınacaq taparaq, olduqları yerlərdə qalmaları tövsiyə edilib.

Xəbərdə bildirilir ki, "Valero Energy" zavodu gündəlik təxminən 435 min barel nefti emal edərək, benzinə, dizel və aviasiya yanacağına çevirir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.