2
Wednesday
Mar 05

"Real Madrid" klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb

HASANLY
"Real Madrid" ötən axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.

King.Az "Opta"ya istinadən xəbər verir ki, bu qələbə "kral klubu"nun Çempionlar Liqası tarixində 300-cü zəfəri olub.

Mənbə təsnifat mərhələsinin oyunlarını nəzərə almayıb.

Beləliklə, "Real Madrid" Avropanın ən nüfuzlu klub yarışında 300 qələbə qazanan ilk klub olub. "Bavariya" ikinci yerdədir, lakin Münhen komandası çox geridədir - 237 qələbəsi var. Bu baxımdan, kiminsə nə vaxtsa "Real Madrid"ə çata biləcəyini söyləmək çətin görünür.

Qeyd edək ki, "Real Madrid" tarixində 15 dəfə qitənin əsas kubokunu başı üzərinə qaldırıb.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.