Çərşənbə axşamı
Mar 31

Fransada dizelin qiyməti son 40 ildə maksimum səviyyəyə çatıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fransada dizel yanacağının qiyməti 1985-ci ildən bəri ən yüksək səviyyəyə çataraq litr üçün 2.2 avroya (təxminən 4.29 manat) yaxınlaşıb.

King.Az bu barədə "Le Figaro" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Fransada dizel yanacağının qiyməti artıq beşinci həftədir ki, ardıcıl olaraq artır. Son yeddi gün ərzində qiymət 8 avrosent (təxminən 0.16 manat) bahalaşıb. Yaxın Şərqdə münaqişənin gərginləşməsindən sonra isə artım ümumilikdə 50 avrosentə (təxminən 0.97 manat) çatıb.

Qeyd olunur ki, dizel yanacağı Fransada ən çox istifadə olunan yanacaq növüdür və ölkənin ümumi yanacaq bazarının təxminən 68%-ni təşkil edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.