Çərşənbə axşamı
Dek 16

Dünyanın ən böyük kruiz gəmisi "qəbiristanlığı" Türkiyədə tapılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyənin Egey dənizindəki Aliağa limanında köhnə kruiz gəmilərinin söküldüyü qeyri-adi bir ərazi mövcuddur. Buradakı gəmilər illərdir Aralıq dənizi boyunca turistləri daşıyıb və indi son dayanacağa çatıblar.

King.Az xəbər verir ki, bu barədə ukraynalı dənizçi Mixaylo Malyar öz "Telegram" kanalında danışıb.

Onun sözlərinə görə, limandakı köhnə kruiz gəmilərinin dəyəri yüzmilyonlarla dolları ötür.

"Pandemiyadan sonra bir çox şirkət gəmilərini istismardan çıxarıb və onları təkrar emal üçün buraya gətiriblər. Aliağada hər il təxminən 900 000 ton polad sökülür", - deyə dənizçi qeyd edib.

Mixaylo Malyara görə, bu ərazi dünyanın ən böyük kruiz gəmisi "qəbiristanlığı"dır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.