Cümə
Yan 09

Los-Ancelesdən Londona uçan təyyarədə gərgin anlar: Xəsarət alanlar var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Los-Ancelesdən Londona uçan "British Airways" aviaşirkətinə məxsus "Airbus A380" təyyarəsində güclü hava turbulentliyi zamanı bir neçə nəfər xəsarət alıb.

King.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumata görə, təyyarə Qrenlandiya üzərindən uçarkən təxminən 10-15 dəqiqə güclü hava turbulentliyi yaranıb. Nəticədə sərnişinlər və heyət üzvləri arasında xəsarət alanlar olub.

Sərnişinlərdən biri gərgin anları belə anladıb:

"Təyyarə qəfildən əyildi və yan tərəfə hərəkət etməyə başladı. Həmin vaxt tualetdən çıxarkən tarazlığımı itirdim və topuğum sındı".

Bundan əlavə, sərnişinlərdən biri, ehtimal ki, vəziyyətin gərginliyi səbəbindən huşunu itirib.

Ekipaj əvvəlcə Kanada və ya İslandiyada təcili eniş etmək qərarına gəlib, lakin sonda təcili yardım xidmətlərinin onları gözlədiyi Londonun Hitrou hava limanına yollanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.