0
Şənbə
Dek 28

Putin "Taliban"ı qadağan olunmuş təşkilat siyahısından çıxarılmasına icazə verən qanuna imza atıb

HASANLY
Rusiya Prezidenti Vladimir Putin "Taliban" hərəkatının Rusiyada qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanuna imza atıb.

King.Az xəbər verir ki, bu barədə məlumat Rusiya hökumətinin rəsmi hüquqi informasiya portalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, qadağa Rusiya Federasiyasının baş prokurorunun müraciəti əsasında Rusiya Federasiyası məhkəməsinin qərarı ilə götürülə bilər. Hazırda Rusiyada belə bir təşkilatın fəaliyyətinə qadağanın götürülməsi mexanizmi mövcud deyil. Rusiya prezidenti tərəfindən imzalanan sənəd isə həmin boşluğu aradan qaldırmaq üçündür.

Xatırladaq ki, hazırda "Taliban" terror təşkilatı hesab edilir və Rusiya ərazisində fəaliyyəti qadağan olunub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.