Cümə
Fev 27

Gənc mütəxəssisləri süni intellektlə əvəzləməyə çalışan şirkətlərə BÖHRAN XƏBƏRDARLIĞI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Gənc mütəxəssisləri süni intellektlə (Sİ) əvəzləməyə çalışan şirkətlər bir neçə ildən sonra istedad çatışmazlığı ilə üzləşə bilərlər".

King.Az xəbər verir ki, bunu "Roskaçestvo"nun direktor müavini İrina Şuljenko Gazeta.ru-ya bildirib.

O qeyd edib ki, gənc kadrlara sərmayə qoymamaq gələcəkdə ortasəviyyəli menecerlərin yetişməməsinə səbəb olacaq: "Çünki təcrübəli mütəxəssislər öz-özünə yaranmır, başlanğıc səviyyəli vəzifələrdən inkişaf edərək müəyyən pilləyə gəlirlər.

Süni intellekt əsasən sadə və bəlli qaydalı işləri görür, amma kapital qoyuluşu gənclər üçün yeni inkişaf imkanları açır. Süni intellektlə işləyə bilən mütəxəssislərə çox ehtiyac var. Çünki nəticələri yoxlamalı, səhvləri tapmalı və modelləri düzəltməlidirlər. Beləliklə, adi işçidən süni intellektin idarəçisi və nəzarətçisinə çevrilmək üçün daha yüksək bacarıqlar qazanmaq məqsədilə tənqidi düşüncə, yaradıcılıq və vəziyyətin mənasını başa düşmək lazımdır".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.