Bazar ertəsi
Fev 16

Netanyahu ABŞ-nin İranla mümkün razılaşmasında öz şərtini açıqladı - VİDEO

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında razılaşmanın baş tutması üçün şərtini açıqlayıb.

King.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

"Əgər razılaşma olacaqsa, onun bir neçə komponenti olmalıdır, bizim fikrimizcə, bu komponentlər təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də dünyanın, ABŞ-nin və regionun təhlükəsizliyi üçün vacibdir", - B.Netanyahu bildirib.

B.Netanyahu deyib ki, bu, İranın nüvə infrastrukturunun tamamilə sökülməsini və uranın zənginləşdirmənin dayandırılmasını əhatə etməlidir. O, razılaşmanın Tehranın uranı zənginləşdirmək qabiliyyətinə son qoymalı və İrandan bütün zənginləşdirilmiş uranı çıxarmalı olduğunu vurğulayıb.

İsrail baş naziri ötən həftə ABŞ Prezidenti Donald Trampla da bu məsələni qaldırdığını vurğulayaraq, Tehranla hər hansı bir razılaşmada İslam Respublikasının ballistik raketlərinin mənzilinin məhdudlaşdırılmasını digər vacib məsələ kimi nəzərdən keçirib və bildirib ki, İsrail bu raketlərin mənzilini 300 kilometrə qədər məhdudlaşdırmağı təklif edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.