Cümə axşamı
Fev 19

Sankt-Peterburqda əmək miqrantlarına yeni qadağa qoyula bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Sankt-Peterburq polisi əmək miqrantlarının topdan və pərakəndə ticarət sahəsində çalışmasını qadağan etmək təşəbbüsü ilə çıxış edəcək. Bu tədbir xarici vətəndaşların anbar işçisi və ya məsləhətçi kimi qeydiyyata alınıb, faktiki olaraq mühafizəçi kimi fəaliyyət göstərməsinin qarşısını almaq məqsədi daşıyır.

King.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Roman Pluqin bildirib.

O xatırladıb ki, qanunvericiliyə əsasən, xarici vətəndaşların mühafizəçi kimi çalışması qadağandır. Pluqinin sözlərinə görə, yeni təşəbbüs taksi sürücüləri və kuryerlərlə bağlı artıq tətbiq edilən məhdudiyyətlər nümunəsində hazırlanacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.