1
Bazar
Noy 03

"Formula-1": Braziliya Qran-prisinin təsnifat yarışı keçirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bazar günü "Formula-1" çempionatının 21-ci mərhələsi - Braziliya Qran-prisində təsnifat mərhələsi baş tutub.

King.Az TASS-a istinadən xəbər verir ki, San-Pauludakı hava şəraiti ilə əlaqədar təsnifat şənbə günündən təxirə salınıb.

İlk sırada "McLaren" komandasının pilotu Lando Norris qərarlaşıb. "Mercedes"in nümayəndəsi Corc Rassel ikinci, "Red Bull"un yapon pilotu Yuki Tsunoda üçüncü yeri tutub.

Maks Ferstappen ("Red Bull") və Lens Strollun ("Aston Martin") qəzası nəticəsində trekdə qırmızı bayraqlar görünüb.

"Formula-1"in yeddiqat çempionu Lyuis Hemilton 16-cı nəticə nümayiş etdirərək birinci seqmentdən kənara çıxa bilməyib.

Seçmə yarışları zamanı həm "Aston Martin", həm də "Williams" pilotları qəzaya uğrayıblar.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.