Bazar ertəsi
Dek 02

Ər-Riyadda metro işə düşüb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad metrosu bazar günü ilk sərnişinlərini qəbul edib.

King.Az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Metronun istifadəyə verilməsinin birinci mərhələsində altı xətdən üçü açılıb - şəhərin şimalından cənubuna uzanan və 24 stansiyanı birləşdirən Mavi (38 km); Mərkəzdən Kral Xalid Beynəlxalq Hava Limanına qədər uzanan Sarı (29 km), şimal və şimal-şərqdəki Bənövşəyi (30 km) xətt.

Layihə vəliəhd şahzadə Məhəmməd bin Salmanın dəstəyi ilə "Vision 2030" strategiyasının məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Açılışın ikinci mərhələsində, dekabrın 15-də paytaxtın qərbindən şərqinə doğru uzanan Qırmızı xətt (uzunluğu 25 km, 14 stansiya) və şəhərin mərkəzindən keçən Yaşıl xətt (13 km) istifadəyə veriləcək.

2025-ci il yanvarın 5-nə planlaşdırılan üçüncü mərhələdə altıncı Narıncı xəttin (41 km, 21 stansiya) işə salınması nəzərdə tutulur.

"Al Arabiya"nın məlumatına görə, metro xətlərinin ümumi uzunluğu 176 km olacaq. Paytaxt metrosu Məkkə metropolitenindən sonra ölkədə ikinci olacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.