Bazar ertəsi
Fev 16

Fransa bəstəkarı Mişel Portal vəfat etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Müasir Avropa cazının banilərindən hesab olunan dünyaşöhrətli bəstəkar, mahir saksofonçu və klarnet ifaçısı Mişel Portal 90 yaşında dünyasını dəyişib.

King.Az xəbər verir ki, məlumatı "Radio France" yayıb.

Ölümünün detalları barədə hələlik məlumat verilməyib.

O, 1935-ci ildə Bayonnada, musiqiyə dərindən bağlı olan bir ailədə dünyaya göz açıb. Paris Konservatoriyasında Pyer Dervodan dirijorluq sənətinin sirrlərini öyrənib.

Yaradıcılıq fəaliyyəti dövründə bir çox orkestr rəhbərləri ilə əməkdaşlıq edən bəstəkar "New Phonic Art" sərbəst improvizasiya qrupunun əsasını qoyub.

1980-ci illərdə kinematoqrafiya sahəsində fəaliyyətə başlayan Portal üç dəfə nüfuzlu "Sezar" mükafatına layiq görülüb. Bəstəkara bu yüksək mükafat "Fırtına atlıları" (1984), "Tanqo, Qardelin sürgünü" (1986) və "Şərəf meydanı" (1987) filmlərinə bəstələdiyi unudulmaz musiqilərlə görə verilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.