Çərşənbə axşamı
Apr 08

İtaliya A Seriyası: "Napoli" səfərdən qələbəsiz qayıdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliya A Seriyasının 31-ci turunda "Napoli" səfərdə "Bolonya"nın qonağı olub.


King.Az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşmada hesabı 18-ci dəqiqədə "Napoli"nin futbolçusu Zambo Angissa açıb.


64-cü dəqiqədə ev sahiblərindən Ndoy hesaba tarazlıq gətirib. Matçda başqa qol olmayıb - 1:1.

Neapol təmsilçisi lider "İnter" ilə xalq fərqini üçə endirib. Milan komandasının aktivində 68, "Napoli"nin isə 65 xal var.

"Bolonya" isə 57 xalla dördüncü pilləyə qalxıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.