Cümə
Fev 13

Şimal dənizində təhlükəsizlik gücləndirilir: Niderlandın yeni müdafiə strategiyası

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Niderland Müdafiə Nazirliyi mümkün genişmiqyaslı münaqişəyə hazırlıq məqsədilə hərbi potensialını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

King.Az TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat nazirliyin dövlət katibi vəzifəsini icra edən Qeys Teynmanın parlamentə göndərdiyi məktubda yer alıb.

Sənəddə bildirilir ki, nazirliyin yaxın planlarına Şimal dənizində təhlükəsizliyin monitorinqi üçün radar sistemlərinin sürətli şəkildə alınması, eləcə də yaralıların təxliyəsi üçün mobil xəstəxanalar kimi təchiz olunan zirehli texnika və ixtisaslaşmış qatarların əldə edilməsi daxildir.

Nazirlik rəsmisi vurğulayıb ki, bu tədbirlər silahlı qüvvələri potensial qlobal hərbi qarşıdurmaya uyğunlaşdırmaq və strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.