Şənbə
İyn 20

Əlcəzair Messi ilə bağlı FIFA-ya şikayət ünvanlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Əlcəzair Futbol Federasiyası 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair və Argentina yığmaları arasında keçirilən oyunda polşalı hakim Şimon Marçinyakın qərarlarından narazı qalaraq FIFA-ya şikayət ünvanlayıb.

King.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

İyunun 17-də keçirilən qarşılaşma Argentinanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Lionel Messi het-trikə imza atıb.

Məlumata görə, Əlcəzair tərəfi baş hakimin bir sıra qərarlarını mübahisəli hesab edir. Federasiyanın fikrincə, Marçinyak oyunun 32-ci dəqiqəsində qayda pozuntusuna görə Messini meydandan kənarlaşdırmalı idi.

Bundan başqa, əlcəzairlilər argentinalı yarımmüdafiəçi Aleksis Mal Allisterin 74-cü dəqiqədə rəqib futbolçunun üzünə dirsəklə zərbə vurduğunu və buna görə cəzalandırılmalı olduğunu da bildiriblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.