Şənbə
Dek 27

Çin yenilənmiş xarici ticarət qanununu qəbul etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çin xarici ticarət qanununun yenilənmiş versiyasını qəbul edib.

King.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Gələn ilin martında qüvvəyə minəcək yenilənmiş sənəd milli suverenliyin, inkişaf maraqlarının qorunması mexanizmlərini təsbit edir və ticarət sahəsində cavab tədbirləri üçün hüquqi vasitələri genişləndirir.

Bundan əlavə, qanun müvafiq güclü intellektual mülkiyyətin qorunmasını və Çin qaydalarının beynəlxalq standartlara daha da uyğunlaşdırılmasını təmin edir.

Qeyd edək ki, Çində bu qanun 1994-cü ildən qüvvədədir. Rəsmi Pekinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına qoşularkən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ilk əsaslı düzəliş 2004-cü ildə baş tutub. Hazırkı versiya isə 11 fəsildən ibarətdir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.