Cümə
Dek 27

Luka Modriç karyerasını başa vurmaq qərarına gəlib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Real Madrid"in xorvatiyalı futbolçusu Luka Modriç karyerasını başa vurmağa qərar verib.

King.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu 2024/25 mövsümünün sonunda peşəkar futbolla vidalaşacaq. Onun bu qərarında yaxın dostu və komanda yoldaşı Toni Kroosun futboldan ayrılması mühüm rol oynayıb.

Qeyd edək ki, cari mövsümdə Luka Modriç klub səviyyəsində 25 matçda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.