Şənbə
Yan 31

Dünyanın ən dadsız mətbəxi açıqlandı

Beyaz_Gul

Ermənistan və Qazaxıstan yeməkləri dünyanın ən dadsız mətbəxləri arasında yer alıb.

King.Az xəbər verir ki, bu barədə "World Population Review" nəşri məlumat verib.

Reytinqdə ümumilikdə 99 ölkə təmsil olunur. Qazaxıstan və Ermənistanın hər biri 3.9 bal toplayaraq, 92-ci və 93-cü yerlərdə qərarlaşıb.

Yunanıstan 4.6 bal, İtaliya 4.59 bal və Meksika 4.52 bal toplayıb.

İlk onluq 2024-cü ildən bəri, demək olar ki, dəyişməz qalıb. İlk onluğa İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin daxildir. Lakin Yunanıstan birinci yeri tutub. Məhz bu ölkələrin mətbəxləri 2025-ci ildə ən yüksək qiymətlər alıblar.

Reytinq tərtibçilərinin məlumatına görə, dadsız yeməkləri olan ölkələr arasında, həmçinin Nikaraqua, Laos və Boliviya da var və onlar son üç yeri tutublar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.