Cümə axşamı
Fev 12

Tailandda məktəbdə baş verən insident zamanı yaralanan şəxslərdən biri ölüb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tailandda məktəbdə baş verən silahlı insident nəticəsində xəsarət alanlardan biri ölüb.

King.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölən şəxs təhsil müəssisəsinin direktorudur. O, aldığı xəsarətlər və çoxlu qan itkisi nəticəsində vəfat edib.

Xatırladaq ki, daha əvvəl məktəbdə atəş açan və 300-dən çox şagird və müəllimi girov götürən 18 yaşlı şübhəli şəxsin saxlanıldığı bildirilmişdi.

Ölkənin Səhiyyə Nazirliyi insident zamanı 14 yaşlı bir qızın güllələndiyini və əməliyyat üçün xəstəxanaya aparıldığını bildirib. Başqa bir şagird isə təcavüzkardan qaçmağa çalışarkən yıxılaraq ayağını yaralayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.