Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi" Polşa toplanışı çərçivəsində bu gün keçirəcəyi ikinci yoxlama görüşündə yerli "Termalitsa" klubu ilə üzləşəcək.
King.Az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, tərəflər arasında görüş Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək.
Qarşılaşma "Sportovi Novini" stadionunda təşkil olunacaq və "Neftçi TV" ilə canlı yayımlanacaq.
Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan "Neftçi" hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib.
Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. "Neftçi"nin digər yoxlama görüşləri iyulun 27-də "Asteras Tripolis" (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.
22 iyul
Yoldaşlıq görüşü
Saat 13:30, "Termalitsa" - "Neftçi".
Oxşar Mövzular

Melaniya Tramp ilkə imza atacaq
27-02-2026, 13:50Norveç dənizində güclü zəlzələ baş verib
10-03-2025, 11:53