Çərşənbə axşamı
Yan 14

Mahir Emrelinin çıxış etdiyi Almaniya klubu iki futbolçu ilə yolları ayırmağa hazırlaşır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandanı tərk edəcək futbolçuların adlarını açıqlayıb.

King.Az "Marca"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis oyundan sonra mətbuat konfransında qışda iki oyunçunun komandadan gedəcəyini bildirib.

Baş məşqçinin siyahısında yarımmüdafiəçi Taylan Duman və Benjamin Qollerin adları var. Ön xətt oyunçuları Florian Pik və Yanni Serranın da gedəcəkləri istisna deyil.

Digər futbolçular isə mövsümün sonuna qədər komandada qalacaqlar.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.