Bazar
Fev 08

Əraqçı: "İran ABŞ ilə danışıqlarda hərbi personalın iştirakına qəti şəkildə qarşıdır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran ABŞ ilə aparılan danışıqlarda hərbi personalın iştirakına qəti şəkildə qarşıdır.

King.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Əraqçı qeyd edib ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və Azərbaycan İran-ABŞ gərginliyinin azaldılmasına və dialoqun davam etdirilməsinə dəstək veriblər.

Onun sözlərinə görə, bu ölkələrin liderləri telefon danışıqları zamanı Prezident Məsud Pezeşkianı danışıqlara təşviq ediblər. Nazir, habelə, Çin və Rusiya ilə məsləhətləşmələrin davam etdiyini vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kuperin prosesə cəlb olunmasına toxunan Əraqçı bildirib ki, bu, danışıqların mahiyyətini dəyişmir.

"Diplomatik praktikaya görə danışıqlarda hərbi personalın iştirakı qəbuledilməzdir. Məqsədindən asılı olmayaraq, bunu qəbul etmirik", - deyə o bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.