0
Çərşənbə axşamı
Okt 28

Braziliyada körpəni diri-diri tabuta qoyub basdırmaq istədilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Braziliyada körpə bir oğlan öz dəfn mərasimində canlanıb.

King.Azxəbər verir ki, bu barədə Metropoles.com məlumat yayıb.

Nəşrin məlumatına görə, körpə hamiləliyin 24-cü həftəsində dünyaya gəlib. Həkimlər körpənin öldüyü qənaətinə gəlib və cəsədi dəfn üçün ailəsinə təhvil veriblər.

Dəfn mərasimi zamanı qohumlarından biri yeni doğulmuş uşağın tabutunu açıb və oğlanın ağladığını görüb.

Uşaq dərhal xəstəxanaya aparılıb və vəziyyəti kritik qiymətləndirilib. O, bir müddət Reanimasiya şöbəsində qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra prokurorluq araşdırma başladıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.