Cümə
Yan 23

Dünyada ilk "lüks" dizayner robotu yaradıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Öz fərdi smartfonları ilə məşhur olan "Caviar" brendi dünyada ilk "lüks" sinif dizayner robotunu yaradıb.

King.Az xəbər verir ki, məlumat brendin rəsmi saytına istinadən təqdim olunub. Yeni robotun yaradılmasında əsas olaraq "Unitree G1" modeli götürülüb.

Robot indi "Aladdin" adını daşıyır. Onun görünüşü də adla uyğun hazırlanıb: korpusu qızılı naxışlar və aristokrat geyimlərini xatırladan qiymətli daşlarla bəzədilib.

Bu məhsul kütləvi bazar üçün nəzərdə tutulmayıb. Şirkət "Aladdin"i yalnız fərdi sifarişlərlə hazırlayır. Layihənin dəyəri təxminən 100 000 dollar qiymətləndirilir.

"Unitree G1" isə Çin şirkəti "Unitree" tərəfindən hazırlanmış kompakt, ikiayaqlı insanabənzər robotdur. O, yüksək manevr qabiliyyətinə malikdir (qaçmaq, salto atmaq imkanı) və funksional manipulyator əlləri birləşdirir. Robot elmdə, nümayişlərdə və hətta istehsalat sahələrində istifadə oluna bilər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.