Bu gün "Cloudflare"nin qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə platformanın xidmətindən istifadə edən bir çox veb-resurslarında müvəqqəti dayanma baş verib.
King.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, dayanmalara səbəb kimi "Cloudflare"nin son günlərdə "Aisuru botnet" tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.
Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.
Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.
Oxşar Mövzular

Mask tərəfindən yaradılmış qurum vaxtından əvvəl ləğv edildi
24-11-2025, 12:28"Labubu" oyuncaqları dünyada Çinin yumşaq gücünə çevrilir
25-07-2025, 12:40ABŞ-də bir şəhərin bütün əhalisi eyni binada yaşayır
29-12-2024, 13:59