Bazar
Yan 04

Latviya sərxoş sürücülərdən müsadirə edilmiş avtomobilləri Ukraynaya verəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Latviya Daxili İşlər Nazirliyi sərxoş sürücülərdən müsadirə edilmiş 21 avtomobilin Ukraynaya təhvil verilməsi ilə bağlı hökumət qərarının layihəsini hazırlayıb.

King.Az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

Nəqliyyat vasitələri Ukrayna Müdafiə Nazirliyinin, Ukrayna Milli Qvardiyasının, Xarkov Klinik Çoxsahəli Dəmir Yolu Xəstəxanasının və Novovorontsovka Hərbi Administrasiyasının hərbi hissələri üçün nəzərdə tutulub.

Bildirilir ki, nəqliyyat vasitələri 2000-2019-cu illər arasında istehsal olunub. Onların təxmini bazar qiyməti 74 600 avrodur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.