0
Friday
Dec 27

İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzasından sonra Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb

HASANLY
İsrailin "El Al" aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti "Kanal 9"a məlumat verib.

"Rusiya hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq, "El Al" Tel-Əviv-Moskva marşrutu üzrə bütün uçuşları gələn həftəyədək dayandırır", - bəyanatda deyilir.

Bildirilir ki, gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək və uçuşların bərpası ilə bağlı qərar veriləcək. Sərnişinlərə qısa zamanda məlumat veriləcək.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.