"Netflix" ötən il reklamdan əldə etdiyi gəliri 1.5 milyard dollara çatdırıb ki, bu da 2024-cü illə müqayisədə ikiqat artım deməkdir.
King.Az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.
Bildirilir ki, "Netflix"in reklam biznesindəki bu qazanc sıçrayışı, aylıq 7.99 dollar olan reklamlı tarifə abunəçilərin sayının artması fonunda baş verib. Keçən ilin may ayına olan məlumata görə, bu tarifdən 94 milyon istifadəçi yararlanıb.
Ümumilikdə isə 2025-ci ildə Netflix 12.05 milyard dollar gəlir əldə edib, platformanın abunəçilərinin sayı isə 325 milyon nəfərə çatıb.
Oxşar Mövzular
Kreml Ukrayna münaqişəsində "tunelin sonunda işıq görür"
5-09-2025, 17:36
"DeepSeek"in yeni modeli "ChatGPT"ni üstələyə bilər
12-01-2026, 13:06Rusiyalı idmançı Milli Hokkey Liqasının rekordunu təkrarlayıb
5-04-2025, 15:23