0
Çərşənbə
İyn 25

Rubio: "İran ABŞ zərbələrindən sonra nüvə silahından daha da uzaqlaşıb"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri Tehranın nüvə silahı əldə etmə imkanlarını ciddi şəkildə zəiflədib".

King.Az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Politico" qəzetinə verdiyi müsahibədə danışıb.

Rubio qeyd edib ki, zərbələr nəticəsində nüvə proqramına aid bir çox vacib komponentlərə ciddi ziyan dəyib və bu, İranın silah hazırlamaq potensialını əhəmiyyətli dərəcədə ləngidib.

Xatırladaq ki, iyunun ortalarında İsrail İranın nüvə silahına yaxınlaşdığını əsas gətirərək hərbi əməliyyata başlayıb. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.