Qoç
Günün birinci yarısı yaxın insanlarla ziddiyyətli məsələləri müzakirə etmək üçün əla olacaq. Hər şey barədə razılığa gələ biləcək, kompromis həllər tapacaq və bununla belə münaqişələrdən qaçacaqsınız. Göstərdiyiniz istənilən səylər arzu olunan nəticəni verəcək. Uzun müddətdir əliniz dəyməyən ev işləri ilə məşğul olmaq üçün münasib andır.
Evinizdə təmirə başlamaq və ya ümumi təmizlik aparmaq üçün uğurlu vaxtdır. Prosesa ailə üzvlərini də cəlb edin, beləliklə iş daha şən keçəcək. Bəzi Qoçları təsadüfi, maraqlı tanışlıqlar gözləyir.
Buğa
Çoxlu orijinal ideyalarınız olacaq, amma onların hamısını həyata keçirmək mümkün olmayacaq. Tezliklə bunu özünüz də anlayacaqsınız. Yeni bilikləri mənimsəmək və irimiqyaslı işlərə başlamaq o qədər də yaxşı alınmayacaq. Nizam-intizam yaratmaq və adi ev qayğıları ilə məşğul olun. Bəzi Buğalara gözlənilməz qonaqlar baş çəkəcək. Vacib bir xəbər alma ehtimalı var.
Yaxınlarla ünsiyyət adət etdiyinizdən bir qədər gərgin ola bilər. İmpulsivliyiniz ətrafdakıları yaxşı anlamağa mane olacaq. Amma emosiyalarınızı cilovlaya bilsəniz, gün sakit və uğurlu keçəcək.
Əkizlər
Səhərdən güc və enerji artımını hiss edəcəksiniz. Buna görə də çoxdan təxirə saldığınız vacib işlərlə məşğul olmağa dəyər. Ətrafınızdakılarla razılığa gəlmək uğurlu alınacaq, ona görə də onlardan kömək istəməkdən çəkinməyin. Sizə məmnuniyyətlə dəstək olacaqlar. Adətən mübahisə etdiyiniz insanlarla belə qarşılıqlı anlayışa nail olmaq asan olacaq. Bitməsinə görə peşman olduğunuz münasibətləri bərpa etmək üçün münasib andır.
Bəzi Əkizlər bir qədər halsız və diqqətsiz ola bilərlər. Odur ki, vacib xırda əşyalara nəzarət edin ki, lazım olan nəsnəni təsadüfən itirməyəsiniz.
Xərçəng
Əlinizə götürdüyünüz hər iş uğurlu alınacaq. Uzun müddət öhdəsindən gələ bilmədiyiniz məsələlər belə göründüyündən daha asan olacaq. Əgər aktualdırsa, daşınmaz əmlak və təmir məsələlərini yoluna qoymaq üçün münasib məqamdır. Bəzi Xərçənglər uzaqdan gələn qonaqları qəbul edəcəklər. Ünsiyyət sizə çoxlu müsbət emosiyalar bəxş edəcək və maraqlı fikirlərə sövq edəcək.
Yaxınlarla münasibətlərdə də hər şey yaxşı olacaq. Planları müzakirə etmək, hər kəsi qane edən birgə qərar çıxarmaq mümkün olacaq. Sevdiyiniz insanla səmimi söhbət aranızdakı bağları möhkəmləndirəcək.
Şir
Günə vacib işlərlə başlamağa dəyməz. İlk növbədə yaxşıca yatıb dincəlməyə çalışın. Səhər əhvalınız bir qədər aşağı ola bilər, amma bu tezliklə keçəcək. Məişət işləri ilə məşğul olun — bunlar narahat fikirlərdən uzaqlaşmağa kömək edəcək. Ailəli Şirlər hisslərini yaxınları ilə bölüşsələr, anlayış və dəstək tapacaqlar.
Xərclərə nəzarət edin: düşünülməmiş alışlar və artıq xərclər ehtimalı yüksəkdir. Axşam köhnə dostlarla gəzintiyə çıxmaq və ya qonaq qəbul etmək üçün münasib vaxtdır.
Qız
Gün təhsil və yeni biliklərə yiyələnmək üçün uyğundur. Bu biliklər düşündüyünüzdən daha tez işinizə yarayacaq. Planlar qura, uzunmüddətli məqsədlər müəyyənləşdirə və onlara çatma yollarını cızabilirsiniz. Yaddaşınız kəskinləşəcək, böyük həcmdə məlumatı asanlıqla mənimsəyəcəksiniz. Qızların çoxunu çoxsaylı telefon danışıqları gözləyir.
Yaxınlarla ünsiyyətdə zəriflik göstərin. Həddindən artıq sərt və başqasının fikrinə qarşı dözümsüz ola bilərsiniz. Xırda münaqişələr mümkündür, lakin böyük dava-dalaş olmayacaq. Əgər inciklik baş verərsə, barışığa doğru ilk addımı tezliklə atmaq daha yaxşıdır.
Tərəzi
Planlaşdırdığınız işlərə elə səhərdən başlayın. Hər şeyin öhdəsindən gözlədiyinizdən çox tez gələcəksiniz. Kənar köməyə ehtiyac olmayacaq — bütün məsələləri asanlıqla və rahat şəkildə özünüz həll edəcəksiniz. Bir qədər sonra istirahət və xoş məşğələlər üçün münasib vaxt gələcək. Köhnə hobbinizə qayıdın və ya nəsə yenisini sınayın. Səs-küylü məclislərdən çəkinmək daha yaxşıdır, ailə mühitində ünsiyyət isə sizə güc və ruh yüksəkliyi verəcək.
Münasibətdə olan Tərəzilərə sevdikləri insanla mübahisəli mövzuları müzakirə etməmək məsləhətdir. Romantik mühitdə birlikdə vaxt keçirmək daha yaxşıdır.
Əqrəb
Qəti addımlar atmağa və böyük işlərə başlamağa dəyməz. Daha az zəhmət tələb edən rutin işlərlə məşğul olun. Gərgin və əsəbi ola bilərsiniz ki, bu da ailə üzvləri ilə münasibətlərə yaxşı təsir göstərməyəcək. Emosiyalarınızı cilovlamağa çalışın. Bir az düşündükdə, inciklik və pis əhval üçün real səbəb olmadığını görəcəksiniz.
Ailəli Əqrəblər yaxın qohumların problemlərini həll etməli olacaqlar. Bu, axşam planlarınızı dəyişməyə vadar edəcək. Amma sonda hər şey xeyirli olacaq. Aldığınız minnətdarlıq sizi çox sevindirəcək.
Oxatan
Günün birinci yarısı vacib qərarlar üçün o qədər də uğurlu olmayacaq. Xüsusilə pulla bağlı riskli avantüralara atılmayın — belə istəyiniz qısa müddətə yaransa da. Planlaşdırılmamış alış-veriş etmək lazım deyil. Oxatanların çoxu öz xərclərini təhlil etsələr, yəqin ki, həyat keyfiyyətini itirmədən qənaət edə biləcəkləri sahələr tapacaqlar.
Günün ikinci yarısı təsərrüfat işləri, evin abadlaşdırılması və qohumlarla səmimi ünsiyyət üçün əlverişlidir. Münasibətləri daha isti və etibarlı etməyi bacaracaqsınız.
Oğlaq
Fəallığınıza yalnız həsəd aparmaq olar. Hər cür çətinliyin öhdəsindən əla gələcəksiniz. Hobbinizdən və ya digər maraqlarınızdan qazanmaq imkanı yaranacaq. Bəzi Oğlaqlar artıq tərəddüd etmədən qəbul edilməli perspektivli təkliflər alacaqlar. Özünüinkişaf və yeni bacarıqlara yiyələnmək üçün uğurlu gündür.
Yaradıcılıq qabiliyyətləriniz tam şəkildə üzə çıxacaq və həyatın müxtəlif sahələrində təzahür edəcək. İnsanların rəğbətini qazanmaq və onları özünüzə tərəf çəkmək asan olacaq. İşgüzar münasibətlərin romantik müstəviyə keçməsi ehtimalı böyükdür.
Dolça
Planları həyata keçirməyə başlamaq üçün özünüzü bir az da olsa məcbur etməli olacaqsınız. Amma sonra hər şey asan və uğurlu gedəcək. Alış-veriş, o cümlədən bahalı alımlar üçün yaxşı gündür. Seçdiyiniz əşyalar rahat, gözəl olacaq və sizə çox uzun müddət xidmət edəcək. Romantik münasibətlərdə irəliləyiş mümkündür.
Günün ikinci yarısında Dolçaların çoxu ünsiyyət tərzinə diqqət yetirməlidir. Həddindən artıq emosionallıq və sərtlik söhbət etdiyiniz insanlara incitici gələ bilər.
Balıqlar
Sakitlik və təmkin sizin etibarlı müttəfiqləriniz olacaq. Uzun müddətdir baxmalı olduğunuz bir çox məsələləri həll edəcəksiniz. Qonaq qəbul etmək üçün uğurlu gündür, xüsusən də ortaq peşəkar maraqlarınız varsa. Ailəli Balıqlar yaşlı qohumlara yardım üçün asanlıqla vaxt tapacaqlar. Günün ortası təhsil üçün münasibdir, əldə olunan biliklər uzun müddət yadda qalacaq.
Düşünülməmiş vədlər verməyin — çox güman ki, onları yerinə yetirə bilməyəcəksiniz. Çətin vəziyyətlərdə güvəndiyiniz insanların məsləhətləri köməyinizə çatacaq.