Cümə axşamı
Yan 22

İlham Əliyev: "Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın "Qarabağ"!"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Prezident İlham Əliyev "Qarabağ"ın "Ayntraxt" üzərində qələbə qazanması münasibətilə komandanı təbrik edib.

King.Az xəbər verir ki, paylaşımda deyilir:

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın "Qarabağ"!"

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.