Cümə
Yan 16

İranda saxlanıldığı deyilən Qəzənfər Abbasov: "Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasovun İrandan Bakıya gələrkən hava limanında saxlanılması ilə bağlı məlumatlar yayılıb.

King.Az bildirir ki, məsələ ilə bağlı Oxu. Az-a açıqlama verən Qəzənfər Abbasov bildirib ki, o, səhhəti ilə bağlı İrana gedib:

"Məni aeroportda bir saat saxladılar. Sonra İran Prezidenti Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar. Mənim bu qədər vaxt ərzində aeroportda qalmağım və gözləməyim çox güman ki, xanəndə olmağım və tanınmağımla bağlıdır. Yəni başqa heç bir səbəb yoxdur. İnsanlar məsələni şişirtməyi sevirlər".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.