Şahbuz rayonunda "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən təmir-bərpa işləri aparılacaq.
King.Az xəbər verir ki, təmir işləri Şahbuz rayonunda yerləşən 35/10 kV-luq yarımstansiyadan qidalanan 10 kilovoltluq "Qəsəbə 7" və "Qəsəbə 1" hava elektrik verilişi xətlərində həyata keçiriləcək.
Buna görə saat 13:00-dan 16:00-dək Şahbuz şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Oxşar Mövzular

Məhkəmə qərarından sonra PSJ Mbappeyə 4 milyon avro ödədi
20-02-2026, 17:35Bu gün Premyer Liqada XIV tura yekun vurulacaq
24-11-2024, 18:19