1
Bazar
Noy 24

"Formula-1": Ferstappen dördqat dünya çempionu oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-də "Formula-1" üzrə Las-Veqas Qran Prisi keçirilib.

King.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, qələbəni "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel qazanıb. İkinci yeri onun komanda yoldaşı Lyuis Hemilton tutub. İlk üçlüyü ispaniyalı Karlos Sayns ("Ferrari") tamamlayıb.

Eyni zamanda, "Red Bull" komandasının pilotu Maks Ferstappen mövsümün sonuna iki yarış qalmış dünya çempionu olub. O beşinci yeri tutsa da, erkən titul üçün tələb olunan xalları yığıb və turnir cədvəlində hamı üçün əlçatmaz olub.

Xatırladaq ki, Ferstappenin 27 yaşı var. O, ardıcıl dördüncü il "Formula-1"in ən yaxşı pilotu adını qazanır.

"Formula-1"in növbəti mərhələsi Qətərdə keçiriləcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.