Bazar
Noy 10

Holand İngiltərə Premyer Liqasında bütün zamanların rekordunu müəyyənləşdirdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 11-ci turunda "Brayton"la səfər matçında növbəti qolunu vurub.

King.Az championat.com-a istinadən xəbər verir ki, norveçli hücumçu oyunun 23-cü dəqiqəsində topu rəqib qapısına göndərərək adını tarixə yazdırıb.

Bunun sayəsində E.Holand Premyer Liqa tarixində hamıdan tez 75 qol vurmağa nail olub. Bunun üçün ona 77 oyun lazım olub.

Bu mövsüm forvard İngiltərə çempionatında 15 matçda 14 qol vurub və liqanın bombardirlər siyahısına başçılıq edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.