Rumıniyanın seçilmiş Prezidenti Nikuşor Dan Rumıniya hərbçilərinin Ukraynaya göndərilməsi barədə danışıb və bunu yersiz adlandırıb.
King.Az-ın xəbərinə görə, bu barədə o, "Politico" nəşrinə müsahibəsində bildirib.
"Rumıniya ərazisində böyük əməliyyat dəstəyinə malik olmaq - bəli. Ukraynada sülhə zəmanət verən ordunun bir hissəsi olmaq - xeyr. Düşünürəm ki, Rumıniya ilə Rusiya arasında onsuz da mövcud olan gərginlik səbəbindən bu, elə də uyğun olmazdı", - deyə yeni dövlət başçısı qeyd edib.
Dan, həmçinin ABŞ Prezidenti Donald Trampı Ukraynada sülh axtarışına yanaşmasına görə tənqid edib. Rumıniya rəhbəri hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin tələbləri "reallıqdan uzaqdır".
"Mən tezliklə sülhün əldə olunacağına dair elə də optimist deyiləm", - deyə o əlavə edib.
Oxşar Mövzular
