Bazar
Dek 28

Zelenski: "ABŞ Ukraynanın bərpasına 700-800 milyard dollar ayıra bilər"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Ukraynanın bərpası ilə bağlı ABŞ tərəfindən 700-800 milyard dollarlıq vəsaitin ayrılması müzakirə olunur".

King.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

O qeyd edib ki, tərəflər sülh planının bir hissəsi olaraq 2040-cı ilə qədər Ukraynanın bərpası üçün yol xəritəsi üzərində işləyirlər.

"Biz bərpa üçün 700-800 milyard dollar gözləyirik. Daha böyük məbləğ üçün strategiya var, amma hələlik bu barədə ətraflı danışmaq istəmirəm", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu planları həyata keçirmək üçün ABŞ ilə birgə bir neçə fondun yaradılması müzakirə olunur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.