0
Cümə axşamı
Noy 28

Acun Ilıcalının klubu baş məşqçisi ilə yolları ayırıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubu baş məşqçisi Tim Valterlə əməkdaşlığa son qoyub.

King.Az Çempionşip təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandaya müvəqqəti olaraq Endi Douson rəhbərlik edəcək.

48 yaşlı Valter bu posta mayda təyin olunmuşdu.

Qeyd edək ki, hazırda 15 xalı olan "pələnglər" Çempionşipin turnir cədvəlində 22-ci sırada qərarlaşıblar.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.