Çərşənbə
Dek 24

Çexiyanın baş naziri əməliyyat olundu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çexiyanın Baş naziri Andrey Babiş çərşənbə axşamı Praqa xəstəxanasında üz əməliyyatı keçirib.

King.Az xəbər verir ki, bu barədə Çexiyanın "Blesk" tabloidi məlumat yayıb.

Babişin partiyası olan ANO-nun sözçüsü Martin Vodiçka baş nazirin "kiçik ambulator üz əməliyyatı" üçün xəstəxanada olduğunu bildirib. Onun sözlərinə görə, hökumət başçısı artıq işə qayıdıb.

Vodiçkanın sözçüsünün sözlərinə görə, 71 yaşlı Babişin üzündən profilaktik histoloji müayinə üçün toxuma nümunəsi götürülüb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.