Məşhur avstriyalı rəssam Qustav Klimtin "Elizabet Ledererin portreti" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda 236.4 milyon dollara satılıb.
King.Az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, bu tablo indiyədək hərracda satılan ən bahalı müasir incəsənət əsəri olub.
Hərrac təşkilatçıları əvvəlcə tablonun 150 milyon dollardan baha satılmayacağını gözləyirdilər.
Qeyd edək ki, rəsmdə Klimtin yaradıcılığını dəstəkləyən varlı himayədarının qızı Elizabet Lederer təsvir edilib.
