Çərşənbə axşamı
Dek 23

Britaniya pablarında məşhur Milad mahnısı olan "Jingle Bells" qadağan edilə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Böyük Britaniya pablarında Milad mahnılarını ifa etmək qadağan edilə bilər. Xüsusilə indi klassik Milad mahnısına çevrilən "Jingle Bells" qadağa altına düşə bilər.

King.Az-ın xəbərinə görə, "Daily Mail" nəşri qadağanın səbəbləri barədə yazıb.

Bildirilir ki, Böyük Britaniyada irq, din, cinsi oriyentasiya və ya yaşa görə alçaldıcı hesab edilən musiqini qadağan edən qanun layihəsi qəbul oluna bilər.

Eyni zamanda, "Jingle Bells" ilk dəfə "blekfeys" ("qara üz") stilində qrimlənmiş ağdərili ifaçılar tərəfindən ifa edildiyi üçün qəbuledilməz hesab oluna bilər. Çünki bu, neqroid irqinin hipertrofiyalı və komik interpretasiyasını nəzərdə tutur. Xatırladaq ki, bu, 1857-ci ildə baş verib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.