Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan cinayət işinə xitam verilib.
King.Az-ın əldə etdiyi məlumata görə, istintaq orqanının qərarı ilə onun barəsində başlanmış cinayət işinin istintaqı başa çatıb və işə xitam verilib.
Xatırladaq ki, V.Zeynalzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi V.Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləmişdi.
Oxşar Mövzular
DİM-in saytı kiberhücuma məruz qaldı: Şagirdlər NARAHATDIRLAR
26-02-2025, 23:26
Tehranda səssiz gözlənti: Xameneidən sonra kim?
25-02-2026, 12:1530 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
3-01-2025, 23:36