ABŞ-nin Demokrat Partiyasından olan konqresmen Şri Tanedar Prezident Donald Trampın impiçmenti üçün qətnamə təqdim edib.
King.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, o, bununla bağlı "X" sosial şəbəkəsində video yerləşdirib.
"Mən Trampın impiçmenti ilə bağlı qətnamə təqdim etdim və burada impiçment haqqında yeddi maddə qeyd edilib", - deyə o bildirib.
Konqresmen sadalanan maddələr sırasında Tramp tərəfindən ədalət mühakiməsinə mane olunması, beynəlxalq təcavüz, qeyri-qanuni qurumların yaradılması, korrupsiya, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi kimi halları qeyd edib.
Xatırladaq ki, daha əvvəl bildirildiyinə görə, ABŞ-də dövlət işçilərinin işə götürülməsində və ya işdən çıxarılmasında Donald Trampın siyasi kursuna əməl etməyə hazır olmaq əsas amil hesab ediləcək.
Bildirildiyinə görə, ABŞ agentlikləri bu ilin oktyabrın 1-dən yeni sistemə keçəcəklər. Kadr siyasətinə nəzarət Federal Kadrlar İdarəsi tərəfindən həyata keçiriləcək ki, bu da ABŞ hökuməti tərkibində müstəqil qurumdur.
Oxşar Mövzular

ABŞ "Green Card" uduşu proqramını dayandırır
19-12-2025, 14:00
Gündəlik Bürclər-(17.02.2025)
17-02-2025, 11:10